ABŞ prezidenti Donald Tramp Nyu-York ştatında, Nyu-Cersi və Konnektikut ştatlarının qonşu rayonlarında karantin rejiminin tətbiq edilməyəcəyini bildirib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, D.Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb.Onun sözlərinə görə, karantin rejiminin əvəzinə federal səlahiyyətlilər bu bölgələrin sakinlərini hərəkətlərini ciddi şəkildə məhdudlaşdırmağa çağıracaqlar, ancaq rəsmi qadağa olmayacaq:
"Ağ Evin koronavirusla mübarizə üzrə mütəxəssislər qrupunun tövsiyəsinə əsasən və Nyu-York, Nyu-Cersi, Konnektikutun qubernatorları ilə məsləhətləşmələrdən sonra mən Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən hərəkətin ciddi şəkildə məhdudlaşdırılması ilə bağlı tövsiyələrin dərc edilməsini istədim. Karantinin tətbiq edilməsinə ehtiyac olmayacaq".