İsrailin baş naziri Benyamin Netanyahu koronavirus təhdidindən ən çox yararlanan siyasətçi olub.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bununla bağlı “The Jerusalem Post” qəzetində xüsusi məqalə dərc olunub.Qəzetin redaksiya yazısında son dövrlərə qədər İsraildə hər kəsin Netanyahunu hesabdan sildiyi qeyd olunur. Çünki bu ilin martın 2-də keçrilən seçkilərdə onun partiyası Knessetdə hökuməti formalaşdırmaq üçün kifayət qədər yer ala bilməyib. Buna görə də ölkə prezidenti hökumət koalisiyasını qurmağı müxalifətdəki “Kahol-Lavan” partiyasının lideri Beni Qantsa tapşırmışdı. Üstəlik, bu iln mart ayının 17-də Benyamin Netanyahu üzərində korrupsiya cinayətinə örə məhkəmə həyata keçirilməli idi.
Lakin koronavirus pandemiyası Netanyahu əleydarlarının bütün planlarını alt-üst edib. Beni Qants hökuməti qurmaq üçün lazım olan siyasi, habelə müvafiq fondlardan iqtisadi dəstəyi ala blməyib. Nəticədə Beni Qants rəqibi ilə siyasi sazişə girərək böyük koalisyanın formalaşdırılması fikri ilə raızlaşıb.
Yeni anlaşmaya görə, Knessetin sədri Beni Qantsın özü olacaq. Bundan başqa, hökumətdəki br sıra mühüm postlar da onun partiyasına keçir.
Buna görə dünənə qədər “Kahol-Lavan”la əməkdaşlıq edən siyasi qüvvələr ondan uzaqlaşıb. “The Jerusalem Post” qəzeti keçmiş maliyyə naziri Yair Lapidin “Yeş Atid”, keçmiş müdafiə naziri Moşe Yaalonun “Telem” parityasının B.Qantsın rəhbərlik etdiyi blokla əməkdaşlığı dayandırdığını bildirib. Keçmiş müttəfiqlər indi onu rüsvayçı addım atmaqda və siyasi intihara getməkdə suçlayırlar.