"İŞİD-in tam məhv edilməsi üçün azı on il vaxt lazımdır". APA TV-nin məlumatına görə, bu açıqlamanı "CBS News" telekanalına ABŞ-ın quru qoşunları komandanı general Rey Odierno müsahibəsində deyib.
"Bu uzun müddətə həll ediləcək bir problemdir, belə problemləri bir gecənin içində həll etmək mümkün deyil" - deyə o, əlavə edib. General vurğulayıb ki, İŞİD-in məhv edilməsi ən birinci növbədə ərəb ölkələrinin işidir. O, xüsusilə İraqa bu problemin həlli üçün yaxşı döyüşçülər hazırlamağı məsləhət görüb.Bir müddət öncə Pentaqonun terrorçu qruplaşmaya qarşı mübarizəyə artıq 2 milyard 700 milyon dollar sərf etdiyi açıqlanıb. Bu arada Ağ Ev rəhbəri Barak Obama İraqa əlavə hərbi kontingent göndərilməsi barədə qərar verib. Onlar İraqın İŞİD-in nəzarətində olan Ənbar vilayətinin azad edilməsi məqsədilə hökumət qüvvələri ilə yanaşı, kürd və digər yerli tayfaların təşkil etdiyi dəstələrə təlim keçəcəklər.