Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok koronavirusa yoluxub.
APA-nın Sky News-a istinadən verdiyi xəbərə görə, Səhiyyə nazirinin COVID-19 testi pozitiv çıxıb.Qeyd edək ki, bundan bir neçə saat öncə Britaniyanın Baş Naziri Boris Consonun da koronavirusa yoluxduğu açıqlanıb.
Britaniya Şahzadəsi Çarlz da koronavirusa yoluxanlar arasındadır.