Evinə sifariş etdiyi lahmacunu sosial şəbəkədə paylaşan dünyanın məhşur realiti-şou ulduzlarından biri, erməni əsilli Kim Kardaşyan lahmacunu "erməni pizzası" adlandırıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, əri və 4 uşağı ilə ev karantinində olan Kim Kardaşyan yenə də araqatan paylaşıma imza atıb.Evinə lahmacun sifariş edən Kardaşyan izləyicilərinə yeməyi təqdim edərkən "Lahmacun, bir erməni pizzası" - deyib.
Bu isə Türkiyədə etiraza səbəb olub.
Türkiyənin məşhurları elə sosial şəbəkədə onun cavabını veriblər.
