Ermənistan əhalisinin 60 faizi işsizdir. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Statistika Xidmətinin məlumatına əsasən, bu ilin ilk dörd ayında işsizliyin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 21 faiz artıb. Beləliklə, cari ilin yanvarında işsizlərin sayı 2014-cü ilin yanvarı ilə müqayisədə çoxalaraq 19,5 faiz, fevralda 21,2 faiz, martda 20,7 faiz, apreldə isə 21,7 faiz olub.
Hazırda Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı 74 min nəfərdən çoxdur. Milli Statistika Xidmətinin Ermənistanda yoxsulluğun mənzərəsi və iş bazarının problemləri üzrə beş illik araşdırmalarının nəticələrinə görə, ölkədə hər 100 işsizdən 40-ı gəncdir. Ümumi işsizlər arasında 20-29 yaşlı insanlar üstünlük təşkil edir. Ermənistanda yeni iş yerlərinin yaradılması da mümkün deyil. Çünki ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayır. Vəziyyət o həddə çatıb ki, hətta mövsümi iş tapmaq çox çətindir.