Bundan sonra həmin obyektdə koronavirusla bağlı Milli Böhran İdarəetmə Mərkəzi fəaliyyət göstərəcək…
Baş nazir Binyamin Netanyahu təxminən 10 il öncə Qüds dağlarında qurulmüş və əvvəlcə müharibə şəraitində ölkəni idarə etmək üçün nəzərdə tutulan yeraltı böhran idarəetmə bunkerinin açılması əmrini verib.Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Koronavirus pandemiyası ilə mübarizə şəraitində Milli Böhran İdarəetmə Mərkəzinin bunkerdən fəaliyyət göstərməsi qərara alınıb. Netanyahunun ətrafındakı mənbələrə görə, bu, hələ həftələrlə davam edəcək bir böhranda idarəetmə və nəzarət üçün daha bir vasitədir.
Qeyd. Fotodakı bəhs edilən bunkerin 10 il öncə - tikildiyi vaxta aid görüntüsüdür. Hazırda jurnalistlərin oraya girişi yasaqdır...