Roma Papasının yanındakı keşişdə koronavirus aşkarlandı

Roma Papasının yanındakı keşişdə koronavirus aşkarlandı backend

Katoliklərin dini lideri Papa ilə eyni iqamətgahda qalan keşişdə koronavirus aşkarlanıb.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, Casa Santa Marta adlı binada yaşayan və virus aşkarlanan keşiş Romada xəstəxanlardan birinə yerləşdirilib.

Bu hadisədən sonra Papa və ətrafında olan hər kəs test edilib, nəticələr mənfi çıxıb.

Hətta Roma Papasının yeməklərini kafedə deyil, otağında yediyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl də Roma Papasına koronavirus testi edilmiş və cavab mənfi çıxmışdı.

Firuzə Alimova