Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykala verilmədi.
Trend-in Türkiyənin rəsmi orqanı “Resmi Gazete”-nin saytına istinadən verdiyi məlumata əsasən, R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı səlahiyyətləri ölkə parlamentinin spikeri Cəmil Çiçəyə keçəcək.Xatırladaq ki, R.T.Ərdoğan Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.