İsraildə koronaya yoluxanların sayı artır

İsraildə koronaya yoluxanların sayı artır backend

Sutka ərzində İsraildə daha 418 nəfər koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə bu virusa yoluxanların sayı 1656 nəfərə çatıb. Onlardan 31-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, ölkədə ilk dəfə fevralın 21-də virusa yoluxma hadisəsi qeydə alınıb.