Türkiyəli aktrisa koronavirusa görə yaşlılara qoyulan qadağaya qarşı çıxdı: İnciyirlər...

Türkiyəli aktrisa koronavirusa görə yaşlılara qoyulan qadağaya qarşı çıxdı: İnciyirlər... backend

Türkiyəli aktrisa Hazar Ergüçlü 65 yaşdan yuxarı vətəndaşların koronavirus epidemiyası səbəbindən yaşayış yerlərindən kənara çıxmalarına qadağa qoyulmasına qarşı çıxıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, koronavirus təhlükəsinə qarşı bu ölkədə 65 yaşdan yuxarı və xroniki xəstəliyi olan vətəndaşların evlərindən çıxmalarına qoyulan qadağaya aktrisa Hazar Ergüclü etirazını bildirib. Aktrisa öz Instagram hesabında bununla bağlı paylaşım edib: "Yaşlıların bu şəkildə təhqir edilməsi həqiqətən çox üzücüdür. Əgər lazımdırsa, evdən çıxmamaq qərarı yalnız yaşlılara deyil, hamıya şamil edilməlidir" .