Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daha 6 “Kaplan” tank əleyhinə zirehli texnikası daxil edilib.
Axar.az xəbər verir ki, Türkiyənin zirehli quru vasitələri istehsalçılarından olan FNSS şirkəti Kalpan-10-u zirehli, Pars 4x4-ü isə təkərli formada tank əleyhinə vasitə kimi istehsal edib.Kaplan-10 əsas döyüş tankları ilə birgə hərəkət edən, avtomatik ötürmə sistemi olan yeni nəsil zirehli döyüş maşını olaraq hazırlanıb.
Zirehli texnika dünya ordusundakı bənzərləri arasında ən müasiri olmaqla yanaşı, mina əleyhinə qorunması və yüngül çəkisi sayəsində fərqli missiyalarda istifadə edilə bilən bir platforma olaraq diqqəti cəlb edir.
Qeyd edək ki, FNSS şirkəti tərəfindən daha 260 “Kaplan" və "Pars” istehsal ediləcək.