Çinli ekspert koronavirusun yayılmasının səngiyəcəyi vaxtı açıqladı

Çinli ekspert koronavirusun yayılmasının səngiyəcəyi vaxtı açıqladı backend

"Koronavirusun yayılmasının tamamilə qarşısını almaq üçün Avropa ölkələrinə iki il vaxt lazım olacaq".

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə çinli infeksionist, "COVID-19 Şanxay" ekspert qrupunun rəhbəri Çjan Venxun deyib.
Onun sözlərinə görə, Avropada epidemiyanın kəskin yayılmasının aprel-iyun aylarına təsadüf edəcəyi gözlənilir.

İnfeksionist, həmçinin əlavə edib ki, koronavirusun yayılması yay aylarında səngiyəcək, payız və qış aylarında isə yenidən aktivləşə bilər.