Ərdoğan koronavirusa görə vətəndaşlara SƏSLİ MESAJ göndərdi

Ərdoğan koronavirusa görə vətəndaşlara SƏSLİ MESAJ göndərdi backend

Türkiyədə virusun daha da yayılaraq itkiyə səbəb olmaması üçün Rəcəb Tayyib Ərdoğan vətəndaşlara çağırış edib.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğanın səsli mesajı telefon zəngi kimi bütün vətəndaşlara göndərilib.

Türkiyə prezidenti səsli mesajında virusun yaşlı və xroniki xəstəliyi olan insanlara tez yoluxduğunu bildirilib, məcbur olmadıqda qətiyyən evdən bayıra çıxmamağı, ibadətləri evdə yerinə yetirməyi, mümkün olduğu qədər qonaq qəbul etməməyi tövsiyyə edib.

Qazilər.az sözügedən mesajı təqdim edir: