Netanyahudan koronavirus etirafı

Netanyahudan koronavirus etirafı backend

İsrailin Baş Naziri Binyamin Netanyahu koronavirusdan dolayı ölkəsində on minlərlə insanın ölə biləcəyini açıqlayıb.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Netanyahu İsrailin “Kanal 12” TV-yə danışıb.

İsraildə yaşlı insanların çox olduğuna işarə edən Baş Nazir “koronavirus İsraildə on minlərlə insanın ölməsinə səbəb ola bilər” deyə bildirib.

Qeyd edək ki, bundan əvəvəlki açıqlamasında Netanyahu digər ölkələrlə müqayisədə İsraildə vəziyyətin yaxşı olduğunu, sərhədləri bağlamazdan əvvəl virusa yoluxma faktının 883 nəfər qeydə alındığını bildirib.

Ötən gün isə Qərbi Qüdsdə 88 yaşlı bir nəfərin dünyasını dəyişməsi ilə ölkədə ilk ölüm hadisəsi qeydə alınıb.