Dünyada koronavirusa yoluxanların sayı 266 073, ölənlərin sayı isə 11 184 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər yayıb.Bildirilir ki, gün ərzində yoluxmuş şəxslərin sayı 32 min nəfər artaraq 266 073-ə, ölümlə nəticələnən halların sayı 1344 nəfər çoxalaraq 11 184-ə çatıb .
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeyd olunur - müvafiq olaraq 128 541 və 6000.
Bu regionda son sutka ərzində xəstələnənlərin sayı 23950, ölənlərin sayı isə 1101 nəfər artıb.