Belə hərəkətlər Ukrayna qanunu ilə qadağan olunub
Qanunla belə hərəkətin cəzası 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Ali Radanın deputatı İlya Kiva sosial şəbəkədə SSRİ rəhbəri İosif Stalinin şəklini paylaşıb.
Deputat öz feysbuk hesabında Stalinin şəkli və onun söylədiyi fikirdən statı kollaj şəklində verib: "Amerikalılar digər ölkələrə "vəba və epidemiya göndərəcək"".
Kiva kollajda öz fikrini bildirməyi də unutmayıb: "Bu gün ölkəmizdə asayişi bərpa etmək üçün bizim belə bir insana necə ehtiyacımız var!"
Deputatın hansı cəza alacağı haqda hələlik məlumat verilməyib.
