Dünya koronavirusla mübarizə apararkən Şimali Koreya iki yeni raket sınağı keçirdi
Moderator.az xəbər verir ki, Şimali Koreya bu səhər iki yeni balistik raketinin sınaq atışlarını həyata keçirib.Bütün dünya koronavirus epidemiyası ilə mübarizə apararkən Şimali Koreyanın atdığı raketlər Yaponiya ilə aralarında sulara düşüb.
ABŞ-ın Cənubi Koreya Qüvvələrinin komandanı Robert Abrams bundan əvvəl Şimali Koreyanın koronavirus səbəbiylə 30 gün müddətinə hərbi fəaliyyətini minimuma endirdiyini və əsgərlərinin nəzarət altına alındığını söyləmişdi. Lakin Şimali Koreya bu günki raket atışlarıyla səssizliyi pozub.
Bu yaxınlarda ölkəsindəki səhiyyə ilə bağlı açıqlamalar verən Şimali Koreya lideri Kim Çen In ölkəsində koronavirusa yolxumaların qeydə alınmadığını bildirib. Bütün dünyanı təsiri altına alan koronavirusa görə Şimli Koreya ölkəsində olan diplomat və əcnəbiləri bir ay müddətində karantinə aldıqdan sonra martın 2-də ölkəsindən yola salıb.