Rusiya koronaya qarşı sınaqlara başladı

Rusiya koronaya qarşı sınaqlara başladı backend

Rusiya yeni tip koronavirusa (Covid-19) qarşı hazırlanan peyvənd prototiplərinin sınaqlarına başlayıb.

Bu barədə Rusiya İstehlakçıların Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məlumat yayıb.

“Prototiplər “Vector” virusologiya və biotexnologiya dövlət elmi mərkəzində ən qısa müddətdə hazırlanıb. Elm adamları hal-hazırda heyvanlar üzərində immunogenlik araşdırmalara başlayıb. Alimlərin hesablamalarına görə, peyvənd cari ilin dördüncü rübündə tətbiq edilməyə hazır olacaq”, - məlumatda bildirilib.

Axar.az