Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Polis rəisi postlarına təyinatlar olub.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bununla bağlı Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncamlar imzalayıb.Prezidentin sərəncamlarına əsasən, Armen Sarkisyan Polis rəisi, Eduard Martirosyan isə Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunub.