Türkiyədə indiyədək koronavirusdan 3 nəfərin öldüyü açıqlanıb.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.O qeyd edib ki, koronavirusdan ölənlərdən biri də Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının sabiq komandanı, ordu generalı Aytaç Yalmandır.