Kreml Putinin koronavirusdan necə qorunduğunu açıqladı

Kreml Putinin koronavirusdan necə qorunduğunu açıqladı backend

Sosial görüşlər zamanı məsafə qoyulmasına qulaq asmayan, hələ də insanlarla əllə salamlaşamağa davam edən Rusiya prezidenti Putinin dünyana yayılan virusdan necə qorunduğu açıqlanıb.

TurpKimi.com “Hürriyet”ə istinadla xəbər verir ki, Rusiyada indiyə qədər 147 virusa yoluxma faktı qeydə alınıb. Bu gün isə 79 yaşlı qadın koronavirusdan dünyasını dəyişib. Və ölkədə virusdan ilk ölüm hadisəsi baş verib.

O zaman Putin ölümcül virusdan necə qorunur?

Putinin bütün işçi heyətinin məcburi şəkildə testdən keçirilərək 24 saat koronadan qorunduğu açıqlanıb.

Kremlin sözçüsü Dmitriy Peskov jurnalistlərə verdiyi bildirişdə “Prezidenti virus və digər xəstəliklərdən qorumaq üçün 24 saat ərzində lazım olan hər şey edilir. Putinin olacağı proqramlarda iştirak edəcək Kremlin bütün işçiləri COVİD-19 testindən keçirilir. Putinin iş təqvimi xalqa açıqdır və bu, onun səhhətinin çox yaxşı olmasından xəbər verir”, şəklində qeyd edilib.

Hətta Peskov verdiyi açıqlamasında bütün yüksək səviyyəli məmurlarla birlikdə, özünün də koronavirus testindən keçirildiyini deyib. Lakin Putinin koronavirus üçün test edilib-edilmədiyi haqda məlumatı paylaşmaqdan yayınıb.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Putin Krım Muxtar Respublikasına səfər edib. Putinlə birlikdə səyahət edən jurnalistlər virusun daşıyıcısı olmadıqlarını sübut etmək üçün əvvəlcədən testdən keçiriliblər. Lakin özünü yaxşı hiss etməyən mətbuat işçilərinə səfərdən uzaq durmaları tövsiyə edilib.

Həmçinin keçirdiyi görüşlər zamanı Putinin hələ də insanlarla əl ilə salamlaşmağa davam etməsi və insanların ona yaxın durmasına şərait yaratması diqqət çəkib.

Diaspora