Donbasda yenidən GƏRGİNLİK - 3 Ukrayna hərbçisi...

Donbasda yenidən GƏRGİNLİK - 3 Ukrayna hərbçisi... backend

Ukraynanın şərqində separatçılarla Ukraynanın ordu bölmələri arasında yenidən gərginlik yaranıb.

Qaziler.az xəbər verir ki, bu məlumatı Ukrayna Birləşmiş Qüvvələrinin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, Minsk razılaşmasını pozan düşəmən qadağan edilmiş silahdan atəş açıb.

Donbasda yaşanan toqquşma nəticəsində 3 ukraynalı hərbçi yaralanıb. Ukrayna ordusunun mövqeləri 120 mm və 82 mm-lik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan atəşə tutulub.