Qazaxıstanın paytaxtı Astanada dünya və ənənəvi din liderlərinin V qurultayı keçirilir. QAZILER.AZ saytı AzərTac-a istinadən xəbər verir ki, “Dini liderlərin və siyasi xadimlərin sülh və tərəqqi naminə dialoqu” mövzusunda keçirilən qurultayda 44 ölkədən 112 nümayəndə iştirak edir.
İki gün davam edəcək qurultayda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev təmsil edir.Qurultay çərçivəsində “Dini və siyasi liderlər: bəşəriyyət qarşısındakı məsuliyyət”, “Dinin gənclərə təsiri”, “Din və siyasət” və digər mövzularda panel iclasları təşkil olunub.
Qurultayda Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, BMT-nin baş katibi Pan Gi Mun, Finlandiyanın Prezidenti Sauli Niinistö, Roma-katolik kilsəsinin kardinal-protodiakonu Jan Lui Toran, Fransa mitropoliti Emmanuel Adamakis və başqaları çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər.