İranın Ekspertlər Şurasının üzvü Ayətullah Haşim Bəthayi Qolpayqani yeni növ koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
78 yaşlı Şura üzvü ötən gün Qumda xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, İranın 87 nəfərdən ibarət Ekspertlər Şurası dini liderin seçilməsi və onun fəaliyyətinə nəzarət edən qurumdur.