Yaponiya məhkəməsi qərar verdi: "Asılsın"

Yaponiya məhkəməsi qərar verdi: "Asılsın" backend

19 nəfərin qatilinə hökm oxundu


“Reuters”agentliyi xəbər verir: Yaponiya məhkəməsi bu gün 30 yaşlı Satoshi Uematsu haqqında ölüm hökmü çıxarıb. Hökm asılmaq yolu ilə həyata keçəcək.

Satoshi Uematsu 2016-cı ildə 19 nəfər ruhi xəstəni yatdığı yerdə bıçaqlayaraq, öldürüb. 26 xəstəyə isə bıçaqla xəsarət yetirib. Bu, II Dünya müharibəsindən sonra Yaponiyada baş verən ən böyük kütləvi qətl hadisəsi sayılır.

Agentlik bilririr ki, Satoshi Uematsu bir vaxtlar işlədiyi xəstəxanaya dönüb və ağlasığmaz cinayətə imza atıb. Qatil cinayəti törətməsinin səbəbi ilə bağlı tutarlı bir arqument söyləməyib.

Elbəyi Həsənli, Sürix
Musavat.com