Etirazçılar Fransada koronavirusa görə qoyulan qadağanı pozdular
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, "Sarı jiletlilər" hərəkatının fəalları fransız hökumətinin koronavirusa görə 100 nəfərdən artıq insanın bir yerə toplaşmamaq əmrinə məhəl qoymayaraq bir gün əvvəl Paris və Bordo şəhərlərində təşkil etdikləri kütləvi aksiya zamanı maşınları yandırıb, vitrinləri qırıblar.Parisdə 1000 nəfər insan nümayişə çıxaraq "Rədd olsun, Makron!" şüarları səsləndiriblər. Aksiyada Unef həmkarlar təşkilatının tələbələri, "Qara blok"un fəalları iştirak edib.
Etirazçılar maşınları yandırıb və mağazaların pəncərələrini sındırıblar.