Tramp koronavirusa yoluxub? - Özü danışdı

Tramp koronavirusa yoluxub? - Özü danışdı backend

ABŞ Prezidenti Donald Tramp koronavirus testindən keçdiyini bildirib.

Qeyd edib ki, hələ testin nəticəsi məlum deyil.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Prezident həraritinin olub-olmaması ilə bağlı verilən suala belə cavab verib: "Səhhətim tamamilə normaldır".

Xatırladaq ki, bir neçə gün əvvəl Trampla görüşən Braziliya nümayəndə heyətinin üzvlərindən biri koronavirus xəstəliyinə tutulub.