Xəncərdə gizlədilmiş tapança: Amerikalı fəhlələr Stalinə... - FOTO

Xəncərdə gizlədilmiş tapança: Amerikalı fəhlələr Stalinə... - FOTO backend

1944-cü ildə amerikalı fəhlələr Sovet İttifaqının rəhbəri İosif Stalinə qeyri-adi xəncər-tapança bağışlamışdılar.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, okeanın o tayındakı pərəstişkarlar bu hədiyyəni dahi rəhbərə faşist Almaniyası üzərində çalınacaq zəfərə görə vermişdilər.

Silah ustaları bütün dövrlərdə hazırladıqları silahın daha universal olmasına çalışıblar.

Bu "yaradıcılığın" parlaq nümunəsi soyuq və odlu silahın hibrid nümunələrinin hazırlanması idi. Bu silah növünü Rusiyanın müasir tarix muzeyində görmək olar.

Orada dalğalı ülgücü olan xəncər-revolver qorunub saxlanır. Xəncərin üzərindəki yan yazıya görə silah amerikalı işçilər tərəfindən hazırlanıb və Stalinə hədiyyə olaraq bağışlanıb.

Xəncərin uzunluğu 410 millimetr, bıçağın özü isə 276 millimetrdir. Dəstəyi qalındır, sapı ağacdan hazırlanıb və üstünə lak çəkilib.

Dəstəyin qurtaracağında kiçik dəri qayışı olan üzük var. Əslində bu silah revolver markalı tapança deyil, hamar səthli pistoletdir. Çünki tətik mexanizmi qola yerləşdirilib və atəş zamanı dönür.

Xəncər-tapançanın dizaynı elə qurulub ki, onun konstruksiyasını səhv yığmaq mümkün deyil. Onda 32SW patronlarından istifadə olunur. Bu, klassik Amerika patronudur və 7,62 millimetrlik Avropa kalibrinə uyğundur. Pistolet-revolverdə qoruyucu olmadığına görə dolu halda olanda maksimum ehtiyatlı olmaq lazımdır.
Bu da onu göstərir ki, silah praktiki ehtiyac üçün deyil, yalnız qiymətli suvenir kimi hazırlanıb.

Xəncərin ayrılan hissəsində belə bir yazı var: "To Marshal Yosef Stalin / may ist 1944" (Marşal İosif Stalinə/1 may, 1944-cü il". silahı sökəndə isə hədiyyə müəlliflərinin adları da diqqətdən yayınmır: "With love and respect / from J.A. Meyers and Jim Compana/Los Angeles, CaliforniaWith love and respect / from J.A. Meyers and Jim Compana/Los Angeles, California" ( "Sevgi və hörmətlə C.A.Mayer və Cim Kompandan, Los-Anceles, Kaliforniya").

Xəncər-tapançada həmçinin Leninin portreti və SSRİ-nin herbi əks olunub (Yeri gəlmişkən, bunlarda yalnışlığa yol verilib). Herbin lentində belə yazılıb: "Bütün xalqların xoşbəxtliyi üçün!".

Arzu Səlim
Diaspora