Türkiyədə koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca elan edib.O bildirib ki, Türkiyə hökuməti koronavirusun ölkə ərazisində yayılmaması üçün əlindən gələni edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.
Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub.
Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.