Koronavirusun yox olacağı vaxt açıqlandı

Koronavirusun yox olacağı vaxt açıqlandı backend

Çində Dövlət Səhiyyə Komitəsi tərəfindən koronavirusla bağlı araşdırma aparan qrupun rəhbəri, hökumətə məsləhət verən alim Zhong Nanshan virusun bitməsi ilə bağlı tarix acıqlayıb.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, 83 yaşlı çinli professor xəstəliyin iyun ayında yox olacağını düşünür.
Nanshan, xəstələrdə infeksiya simptomlarının təkrarlanma dərəcəsinin çox aşağı olduğunu bəyan edib.

Xatırladaq ki, 2002-ci ildə Çində SARS virusunu müəyyən edən professor 2005-2009-cu illərdə Çin Dövlət Səhiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.