Dünyanın 114 ölkəsinə yayılan koronavirus uzun müddətdən sonra Türkiyədə də aşkar edilib.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, gecə saatlarında açıqlama verən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə virusa yoluxma faktının təsdiq edildiyini bildirib.AK partiyasının iclasında iştirak edən Ərdoğan da açıqlama verərək koronavirusa yaxalanan vətəndaşın səhhətinin yaxşı olduğunu deyib.
Artıq koronavirusun Türkiyədə də müşahidə edilməsindən sonra Ərdoğanın ətrafındakı təhlükəsizlik səviyyəsi daha da gücləndirilib. Mühafizəçilər əllərindəki termal kameralar vasitəsiylə Ərdoğanı izləyir. Belə ki, hərarəti yüksək olan kimsə prezidentə yaxınlaşarsa, dərhal müəyyən edilərək müdaxilə olunacaq.
Firuzə Alimova