COVİD-19 Gürcüstanda fövqəladə vəziyyət yaradıb. Qonşu ölkədə kişiləri əsgər aparmağı dayandırıblar.
Bizimyol.info xəbər verir ki, Gürcüstanda həqiqi hərbi xidmətə çağırılmanı aprelin 13-nə qədər təxirə salıblar. Baş nazir Georgiya Qaxariyanın başçılıq etdiyi koordinasiya şurası bununla bağlı qərar qəbul edib.Başqa qərarlar da qəbul olunub. Təhsil müəssisələrində dərslərin təxirə salınması aprelin 1-nə qədər uzadılıb. İdman yarışları da martda olmayacaq.
İndiyə qədər Gürcüstanda 23 virusa yoluxma halı qeydə alınıb. 298 nəfər karantindədir.
Dünyada koronavirusa youxanların sayı 122 minə çatıb. Azı 4375 nəfərin həyatını itirdiyi bildirilir.
Azərbaycanda yalnız 11 nəfərin virus daşıyıcısı olduğu təsdiqlənib.