“Belçikanın Vaterlo şəhərində ucaldılmış ölkəmizin görkəmli şairi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın vandalizmə məruz qalmış abidəsi bərpa olunur”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.Onun sözlərinə görə, Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Belçikanın Vaterlo şəhərində Heydər Əliyev Fondunun himayəsi altında 2016-cı ildə ucaldılmış abidəsinə qarşı vandalizm aktı törədilib, abidənin üzərinə boya tökülüb və heykəlin bəzi hissələri dağıdılıb:
“Məsələ ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Abidənin üzərinə tökülmüş boya artıq təmizlənib və onun bərpası işlərinə başlanılıb. Səfirliyimiz bu məsələni nəzarət altında saxlayır”.