Diyarbəkirdə HDP-nin mitinqində baş verən qanlı terror olayının iştirakçısı yaxalanıb. 3 nəfərin həlak olduğu, 402 nəfərin yaralandığı, 12 nəfərin isə ayaqlarını itirdiyi terroru Suriyada təlim keçən İŞİD-çının törətdiyi bəlli olub.
İslaminsesi.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, iki ayrı bombayla edilən partlayışlarla bağlı araşdırma davam edərkən, Qaziantep polisi önəmli dəlillər tapıb. Bombaları partladan adam Adıyaman qəsəbəsindən olan, uzun zamandan bəri Suriyada İŞİD sıralarında vuruşan Orxan G. imiş.Onun iyunun 2-də terror aksiyası həyata keçirmək üçün Diyarbəkirə gəldiyi məlum olub.
Yaxalandıqdan sonra Diyarbəkirə gətirilən Orxan G.-nin Suriyadakı terror düşərhgələrində təlim keçdiyi və xeyli müddətdir İŞİD-in tərkibində döyüşdüyü deyilir. Orxan G.-nin HDP mitinqini qana bələmək üçün iyunun 2-si axsamı Diyarbəkirə gəldiyi sübut olunub. Bura gəldikdən sonra 2 yeni telefon aldığı deyilən Orxanın tanınmamaq üçün saçlarını qırxdırıb eynək taxdığı bəlli olub. Diyarbəkirdə bir oteldə qalan İŞİD üzvünün mitinq günü saat 11.00-da oteldən ayrıldığı və daha sonra mitinqin keçiriləcəyi İstasion meydanına gəldiyi ortaya çıxıb.
Müydana gələndə vətəndaşların üstlərinin axtarılmadığını görən qatil əlindəki bomba ilə izdihama qarışıb.
Orxan G.-nin meydanda bir səyyar satıcıyla dostlaşdıqdan sonra onunla iki saat söhbət edib. Orxan G. satıcıya bomba bağlamasını verib və içində narkotik olduğunu deyərək onu aldadıb və oradan uzaqlaşıb.
Partlayışdan sonra dərhal təhqiqata başlayan Diyarbəkrin yerli təhlükəsizlik qüvvələri heç bir dəlil tapmadığı halda, Milli Təhlükəsizlik Nazirliyinin Qazıantep yerli şöbəsi terrorçunun kimliyini aşkarlayıb.
Verilən məlumata gprə, Diyarbəkirdəki bombanı partladan İŞİD terrorçusu Orxan G. insidentdən dərhal sonra Qazıantep polisinin izlədiyi və telefonlarını dinlədiyi İ.B kod adlı adamla telefon bağlantısı qurub.
Qatilin telefonda İ.B-ya “dərhal getməliyəm” dediyi məlum olub. Bu danışıqdan şübhələnən polis daha iki telefon bağlantısından sonra terrorçunun izini taparaq əməliyyata başlayıb.
Bir müddət izləməni davam etdirən polis qatilin danışdığı adamla görüşdüyü vaxt terrorçunu yaxalayıblar. Həbs edilərək Diyarbəkirə gətirilən Orxanın Qaziantepdən Suriyaya keçməyə çalışdığı bəlli olub.
Diyarbəkirdə təşkil olunan terror aktı ilə bağlı polis rəisi səsləndirdiyi böyük ehtimallarla gündəmə gəlmişdi.
Mitinqlə bağlı məsuliyyət daşıyan Diyarbəkir polis rəisinin köməkçisi A. K son anda vəzifəsindən qovulub. A. K. polis rəisi Halis Bögürçünün təlimatına əsasən, öz vəzifəsini buraxıb Diyarbəkirə gəlmiş inkişaf naziri Cevdət Yılmaz ilə heyvandarlıq naziri Mehdi Ekerin təhlükəsizliyinin qorunması məsələləri ilə məşğul olub.
İddiaya görə, bu üzdən mitinqdə xoşagəlməz olaylar yaşanıb.