Rusiya Prezidenti Vladimir Putin səlahiyyət müddətinin uzadılması ilə bağlı konstitusiyaya edilən dəyişikliklərlə bağlı təklifə qarşı çıxıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya dövlət başçısı bu barədə bu gün Dövlət Dumasında çıxışında bildirib.O, güclü prezident hakimiyyətinin Rusiya üçün vacib olduğunu qeyd edib: "Hakimiyyətin dəyişkənliyi ölkənin dinamik inkişafının təmin olunması üçün lazımdır".
Ölkədə prezidentlik müddətinin qaldırılması ilə bağlı konstitusiyaya edilən dəyişiklik təklifinə münasibət bildirən V. Putin bunu məqsədəuyğun hesab etmədiyini qeyd edib: “Bizə alternativsiz seçki lazım deyil. Seçkilər açıq və rəqabətli olmalıdır”.
Qeyd edək ki, deputat Valentina Tereşkova bir şəxsin bir neçə dəfə prezident seçilməsinin vacibliyini, hazırkı prezident Vladimir Putinin yenidən prezident seçilməsinin Rusiya xalqı üçün önəmli olduğunu söyləyib, prezidentlik müddətinin ləğv olunmasını təklif edib.