Qananın “Add Pharma” tibb firması “Adutwumwaa Bitters” adlı dərmanla koronavirusun müalicəsini tapdığını iddia edib.
Bu barədə “Haber Global” məlumat yayıb.“Tibb şirkəti olaraq bizim vəzifəmiz istənilən xəstəliyə qarşı çarə tapmaqdır. COVID-19 yayılır və biz heç bir şey etmədən oturaraq, bunun qarşısını ala bilmərik. Biz də “Adutwumwaa Bitters”in koronavirusa çarə olacağına çox inanaraq hazırladıq”, - deyə şirkətin açıqlamasında bildirilib.
