Dünyada koronavirusa yoluxanların sayı 109 min nəfəri keçdi

Dünyada koronavirusa yoluxanların sayı 109 min nəfəri keçdi backend

Dünyada yeni koronavirus ilə yoluxma hallarının ümumi sayı 109 mindən çox təşkil edir, 3800 nəfərdən çox insan həlak olub.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Təşkilatın martın 9-u üçün olan məlumatına görə, ümumilikdə dünyanın 104 ölkəsində 109 343 yeni koronavirus hadisəsi təsdiqlənib, 3 min 809 nəfər ölüb.

Çində 80 904, Cənubi Koreyada 7382, İtaliyada 7375, İranda 6566, Fransada 1116 nəfər koronavirusdan xəstələnib.