Türkiyə və Rusiya hərbi ekspertləri bu tarixdə görüşəcəklər - İdlib məsələsi bitmək bilmir

Türkiyə və Rusiya hərbi ekspertləri bu tarixdə görüşəcəklər - İdlib məsələsi bitmək bilmir backend

Rusiyanın hərbi nümayəndə heyəti Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etmək üçün martın 10-da Ankaraya səfər edəcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, danışıqlar İdlib üzrə Moskva memorandumuna dair aparılacaq.

Qeyd edək ki, martın 5-də Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında İdlibdə atəşkəslə bağlı razılıq əldə edilib.