Kral ailəsində baş verən həbs dalğasından sonra Kral Salman bin Abduləzizin ölüm xəbəri gündəmi alt-üst etmişdi.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, Amerika mediası Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Muhamməd bin Salmanın ailədəki yüksək çiyinli məmurlara qarşı həbslərin başlatdığını bildirib.Həbs olunanlar arasında Kral Salman bin Abduləzizin qardaşı Əhməd bin Abduləziz ilə keçmiş şahzadə Muhamməd Bin Nayefin olduğu da deyilir.
Əldə edilən məlumatlara görə həm Şahzadə Əhməd, həm də Muhamməd bin Nayef kral Slamandan sonra vəliəhd şahzadə bin Salmanın rəqibləri olaraq qəbul edilir.
“Wall Street Journal”da dərc edilən xəbərə görə, həbslərin maskalı və qara geyimli kral məhkəməsinin mühafizəçiləri tərəfindən gerçəkləşdirildiyi qeyd edilib.
“Middle East Eye” xəbər saytının məlumatında ən azı 20 nəfərin həbs olunduğu iddia edilir.
Bütün bunlardan sonra sosial mediada 84 yaşlı Səudiyyə Ərəbistanı kralı Salmanın öldüyü iddiaları sürətlə yayılmağa başlayıb. Lakin kral Salman bu gün Ukrayna və Uruqvaya təyin etdiyi səfirlərin andiçmə mərasimində ortaya çıxıb. Hətta kralın vəziyyətinin yaxşı olduğu da bildirilib.
Həbslərin kral ailəsindəki nizam-intizamı nəzarətdə saxlamaq üçün gerçəkləşdirildiyini dilə gətirən qaynaqlar Muhamməd bin Salmana işarə edərək “İdarəçilik vəliəhd şahzadədədir. İki şahzadənin yola getmədiyindən dolayı bu əməliyyatlar keçirildi” deyə bildirilib.
Firuzə Alimova