Misirdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Misirdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb backend

Misirdə koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu, ölkədə koronavirusdan ilk ölüm hadisəsidir.

Dünyasını dəyişən 60 yaşlı şəxsin Almaniya vətəndaşı olduğu bildirilib.