Ermənistanın keçmiş prezidenti Robert Köçəryan xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumat yayıb.“Köçəryan təzyiqinin düşməsi səbəbindən “Nairi” tibb mərkəzinə yerləşdirilib. Hazırda həkimlər onun burada nə qədər qalacağı ilə bağlı konsilium aparırlar”, - Soqomoyan bildirib.