Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbədə dezinfeksiya tədbirləri başa çatıb. Artıq müqəddəs ziyarətgahın qapıları zəvvarlar üçün açılıb.
Qaziler.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Bildirilir ki, Kəbə evi dərmanlanıb və əhatəli təmizlik işləri həyata keçirilib.
Kəbə evi dezinfeksiya işləri aparılandan sonra yaxınlaşılmaması üçün ətrafına divar hörülüb.
Xatırladaq ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə bir neçə gün öncə Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Kəbədə dezinfeksiya işlərinə başlanılmışdı.
Onu da bildirək ki, kəbə evi son dəfə 1979-cu ildə Kəbə basqınından sonra ibadətə bağlanmışdı.