Ərdoğanın qara dəftəri və üç rəngli qələm ''sürprizi'' - FOTO

Ərdoğanın qara dəftəri və üç rəngli qələm ''sürprizi'' - FOTO backend

Prezident Rəcəb Təyyib Ərdoğanı siyasi həyatının ilk günündən bəri müşayiət edən və AK Partiyanın siyasi tarixi haqqında hər şeyi özündə cəmləşdirən qara dəftərlərin mövcudluğu çox adama məlumdur.

Ərdoğanın bütün vacib mövzulara dair qeydləri və diqqətini çəkən yüzlərlə məlumat həmin dəftərə qeyd olunur.

Metbuat.az xəbər verir ki, Ərdoğan Moskvadan qayıtdıqdan sonra keçirdiyi iclasda qara cildli dəftərinin yanında üç rəngli qələmin yanaşı qoyulması diqqətdən yayınmayıb.



İclas müddətində Ərdoğanın millət vəkillərinin söylədiyi mövzuları qeyd edib, qələmləri tez-tez dəyişdirməsi marağa səbəb olub. Bəzi mövzuları qırmızı qələmlə yazan daha sonra fərqli qələmlə altını işarələyən Ərdoğanın bu davranışının səbəbini heç kim soruşmayıb. 18 ildir ki, bu qara cildli dəftərlərin sayı sayı çoxlarının diqqətini çəkir. Ərdoğan bir ayda iki dəftər bitirir. Bu dəftərlər partiyanın MKYK, MYK iclaslarında, həmçinin Nazirlər Kabinetinin iclaslarında Ərdoğanın yanında olur.

Ehtimal var ki, dəftərdəki qeydlər sonradan nazirlərə göndərilir. Altı rəngli qələmlərlə işarələnmiş qeydlər, məlumatların hansı səviyyədə önəmli olduğuna işarədir.