Papa sosial şəbəkə fanatlarının daxilən ölü olduğunu düşünür

Papa sosial şəbəkə fanatlarının daxilən ölü olduğunu düşünür backend

Tvitter və İnstaqram hesablarına sahib olan Roma Papası Fransis müasir dünyada çox sayda insanın "rəqəmsal narisizm"dən əziyyət çəkdiklərinə dair fikir səsləndirib.

APA-nın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə “Vatikan News” xəbər yayıb.

Papa bunun gənclərə və böyüklərə aid olduğunu deyib: “Onlar yaşadıqlarını düşünürlər. Əslində onlar artıq daxilən ölüdürlər”.

O, gənclərin sosial şəbəkələrə həddən artıq aludə olmalarından narahatlığını ifadə edib.