Almaniyanın qərbində rus inqilabçısı, SSRİ-nin yaradıcılarından biri Vladimir Leninin ilk heykəli peyda olacaq.
Bizimyol.info xəbər verir ki, bu haqda “Deutsche Welle” məlumat verib.Helzenkirhen şəhər məhkəməsi heykəl qoyulmasıyla bağlı qadağanı aradan götürüb.
İndiyə qədər hesab olunurdu ki, abidə ümumi memarlıq mənzərəsinə xələl gətirəcək. Amma məhkəmənin qərarı sosialistlərin arzsunu yerinə yetirəcək. Martın 14-də 2 metr 15 santimetr hündürlüyündəki heykəlin açılışı olacaq. Təşəbbüs Almaniya Marksist-Leninist Partiyasından gəlib.
Partiya 1982-ci ildə yaradılıb. Təbii ki, siyasi təşkilat Karls Marksa, Fridrix Engelsə, Vladimir Leninə, İosif Stalinə, Mao Tszeduna pərəstiş ruhunda fəaliyyət göstərir. 2005-ci il federal seçkilərində partiya cəmi 0,1 faiz səs toplamışdı.