Koronavirusdan bir türk öldü - SON DƏQİQƏ

Koronavirusdan bir türk öldü - SON DƏQİQƏ backend

Avropa ölkələrinə yayılaraq Fransanı da təsir altına alan koronavirus can almağa davam edir.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 9-ə çatıb. Yoluxanların sayı isə 577-dir.

Fransada virusdan dünyasının dəyişən bir nəfərin Soissons şəhərində yaşayan H.B. adlı Türkiyə vətəndaşı olduğu məlum olub.

Qeyd edilib ki, bu, türklər arasında koronavirusdan ilk ölüm faktıdır. Şəxsin ötən həftənin şənbə günündən xəstəxanaya yerləşdirildiyi və 3 oğlu ilə həyat yoldaşının da karantinə alındığı bildirilib.

Firuzə Alimova