Əsəd muzdlu əsgərlərini Haftar üçün Liviyaya göndərdi - Fransa mətbuatı

Əsəd muzdlu əsgərlərini Haftar üçün Liviyaya göndərdi - Fransa mətbuatı backend

Liviyada general Haftar və Əsəd rejiminin ittifaqı yaranır

Qaziler.az-ın Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya ilə Türkiyənin Suriyanın İdlib bölgəsində atəşkəs elan edilməsi ilə bağlı razılaşmadan sonra ağır itkilər verən Əsəd rejimi "rahat nəfəs" alıb.

Gözünü indi də Liviyaya dikən rejimin muzdlu əsgərləri marşal Xəlifə Haftara bağlı Liviya Milli Ordusunun sıralarında döyüşmək üçün ora gediblər.

Bu barədə Fransanın "Le Monde" qəzeti yazıb. Qəzetdə Liviyada Əsəd rejimi ilə Haftarın ittifaq qurduğu xəbəri də yer alıb.