Ukrayna rus terrorçunu bu cür məhv edib – Əməliyyat

Ukrayna rus terrorçunu bu cür məhv edib – Əməliyyat backend

Donbasdakı separatçıların əsas səhra komandirlərindən biri olan Mixail Tolstıx (Qivi) 2017-ci ilin fevralında Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində qətlə yetirilib.

Axar.az xəbər verir ki, bunu “Censor.net”ə müsahibəsində Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Oleq Suqereya deyib. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Tolstıxın yanına qadın casus salıb və daha sonra onun vasitəsilə Tolstıxı öldürən bomba yerləşdirilib.

Qeyd edək ki, Qivi “Somali” batalyonunun rəhbəri olub. Onun məhvindən sonra qondarma rejimdə üç günlük matəm elan edilib.

Suqerey isə elə həmin il separatçılar tərəfindən saxlanılıb və 2019-cu ilə qədər həbsdə olub.