Türk ordusu 100 il sonra rusları İdlibdə məğlub etdi...

Türk ordusu 100 il sonra rusları İdlibdə məğlub etdi... backend

Ötən gün Moskvada Rusiya və Türkiyə prezidentləri arasında görüş baş tutub. Təxminən 6 saat davam edən görüşdə İdlibdəki son vəziyyət müzakirə olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gecə saatlarından başlayaraq atəşkəsin elan ediləcəyini, bunun davamlılığını təmin etmək üçün çalışacaqlarını bildirib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov görüşü Redaktor.az-a şərh edərkən bildirib ki, elan olunan razılıqlar çox vacibdir. Lakin, tərəflər nə haqda susdular, nə haqda danışmadılar əsas məqam odur:

“Diplomatiyada hər hansısa bir məsələ haqda heç nə deyilmirsə, deməli, ən vacib, həlledici məqam da elə odur. Bu danışıqların nəticələrində, razılaşmalarda, bəyənatlarda Türkiyə hərbi qüvvələrinin Suriyanın ərazisinə keçməsi və ya sərhəd zonasını nəzarətə götürməsi barədə bir kəlmə də deyilmədi və bu haqda heç nə elan olunmadı. Faktiki olaraq Rusiya razılaşdı ki, Türkiyə qoşunlarının Suriya ərazisində yerləşməsi artıq legitimdir. Türkiyənin bu görüşdə ən əsas diplomatik uduşu da məhz budur. Fevralda və martın əvvəllərində baş verən hadisələr zamanı Türkiyə hərbi hissələrinin o bölgəyə girməsi və Bəşər Əsəd ordusuna ciddi zərbələrin endirməsindən sonra, qoşunların ərazidən çıxmarılması ilə bağlı heç bir söz deyilmədi. Bu o deməkdir ki, artıq Rusiya bu reallığı qəbul edib".

Eldar Namazov həmçinin bildirib ki, digər vacib məqam təhlükəsizlik yolunun yaradılmasıdır. Bu yola Türkiyə və Rusiya bir yerdə nəzarət edəcək və birgə postlar qoyacaq. Onun da ətrafında təhlükəsizlik zolağı yaradılacaq:

"Həmin zolaqla bağlı çox maraqlı ifadələr işlənib. 12 km-lik təhlükəsizlik zolağı iki yerə bölünüb, 6 km yolun bir tərəfini, 6 km isə yolun digər tərəfini əhatə edir. Bu, o anlama gəlir ki, bir hissəsinə Türkiyə, digər hissəsinə Rusiya nəzarət edəcək. Bunu Türkiyə qoşunlarının orada yerləşdirilməsinin legallaşdırılmasına bir əlavə kimi qəbul etmək olar. Bu çox vacib məqamdır. Məsələnin həyata keçirilməsi üçün hər iki ölkənin müdafiə nazirlərinə detalları müzakirə emtək məqsədilə bir həftə vaxt veilib. Bəşər Əsəd üçün ən böyük zərbə budur".

E. Namzaov qeyd edib ki, Türkiyə ordusunun qısa müddətdə Bəşər Əsəd ordusunu dağrmadağın etməyə qadir olduğu faktı Rusiya tərəfini də reallıqla barışmağa məcbur etdi:

"Bu da Türkiyənin həmin bölgəyə silahlı qüvvələrinin yerləşdirilməsini reallaşdırdı. Əgər, Bəşər Əsəd rejimi yenidən qarşıdurma yaradarsa, Türkiyənin dərhal cavabını verəcəyi ilə bağlı da fikirlər səsləndirildi. Ərdoğan bilirdi ki, Əsəd rejimi görüşün nəticəsindən narazı qalcaq və razılaşmanı pozmağa çalışacaq. Ona görə əvvəlcədən bu xəbərdarlığı etdi".(redaktor.az)